Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. 

Gununsesi.info  xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb.

Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma “Allah bütün xəstələrə şəfa versin” şərhini yazıb.

Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir.