Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti bu gündən etibarən dayandırılıb.
Gununsesi.info xəbər verir ki, gündəmin əsas müzakirə mövzusu olan bu məsələ ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.
Belə ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov Real TV-yə müsahibəsində bu müddət ərzində hərəkət istiqamətlərinin necə olacağı barədə danışıb.
Bu barədə o deyib:
“Aparılmış təhlillər əsasında demək olar ki, təxminən 30 faizə yaxın sərinişin bu çətinliklə qarşılacaq. Məsələn, 20 Yanvar ərazisindən metroya daxil olan sərnişinlərimiz əgər 28 May, Gənclik istiqamətində hərəkət edəcəklərsə, o zaman birbaşa metrodan istifadə edə bilməyəcəklər. Bunun üçün yerüstü nəqliyyatdan istidadə etməyə məcbur olacaqlar”.
Elmar











