Səfir Azərbaycanla hərbi əməkdaşlıqdan danışdı

“Böyük Britaniya Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Müdafiə sahəsində əməkdaşlıq son dövrdə daha da güclənib”.

Gununsesi.info xəbər verir ki, bu Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bugünkü mətbuat konfransında bildirib:

 

“Müdafiə sahəsində əməkdaşlıq son dövrdə daha da güclənib. Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Kokerin sentyabrın 30-da Azərbaycana səfəri və ADEX sərgisində iştirak etməsi də bu əlaqələrin inkişafına verilən önəmi göstərir. Sərgidə ilk dəfə 18 Britaniya şirkəti iştirak edib.

Bu il iki ölkə arasında ilk birgə müdafiə üzrə kibertəlim keçirilib. Hərbi təlimlər sahəsində də əməkdaşlıq genişlənib. Britaniya hərbi heyətləri Azərbaycanda təlimlər keçirir, azərbaycanlı zabitlər isə Böyük Britaniyada hərbi təlimlərə qatılırlar.

Tərəflər kibertəhlükəsizlik, hərbi hazırlıq və müdafiə sənayesi sahələrində əməkdaşlığı davam etdirəcəklər. Böyük Britaniya Azərbaycanın öz müdafiə imkanlarını inkişaf etdirməsinə dəstək vermək niyyətindədir”.

Səfir vurğulayıb ki, iki ölkənin əməkdaşlığı yalnız müdafiə sahəsi ilə məhdudlaşmır. O əlavə edib ki, tərəflər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizədə də birgə çalışırlar.

Regional məsələlərə toxunan Dankan Norman Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Böyük Britaniya və Azərbaycanın mövqelərinin üst-üstə düşdüyünü bildirib:

“Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi müsbət qiymətləndiririk və Böyük Britaniyada bu ölkəyə dəstəyini davam etdirəcək.

 İran ətrafında yaranmış gərginliyin aradan qaldırılmasının və Hörmüz boğazının yenidən açılmasının dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Böyük Britaniya gərginliyin azaldılması üçün tərəfdaşları ilə birlikdə çalışır.

Ötən il ərzində Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndiririk Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işləri, “Sülh Körpüsü” təşəbbüsünü, Azərbaycanın Ermənistana yanacaq göndərməsini və “AzərTelecom”la “Telecom Armenia” arasında əldə olunan razılaşmanı bu istiqamətdə mühüm addımlar kimi dəyərləndiririk.

Dunkan Normanın sözlərinə görə, bölgədə davamlı sülhün təmin olunması üçün tərəflər arasında dialoq və əməkdaşlığın davam etməsi vacibdir. O bildirib ki, Cənubi Qafqazda daha sabit və əlaqəli gələcəyin qurulması həm Azərbaycan, həm də Böyük Britaniya üçün mühüm əhəmiyyət daşıyır

 

 

Elmar

Gununsesi.info