Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

  • Müəllif: Orxan
  • 16 Noyabr 2026 13:53

Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olmuş azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğundan “Sputnik Ermənistan”a məlumat verilib.

Bildirilib ki, noyabrın 13-də Nəsimi Musayevin işi üzrə ilkin istintaq başa çatdırılıb və ittiham aktı ilə birlikdə materiallar prokurora təqdim olunub. Hazırda cinayət işi məhkəməyə göndərilib.

Gununsesi.info