Xameneinin Putinə xüsusi mesajı Moskvaya çatdırıldı

  • Müəllif: Firuzə
  • 16 Noyabr 2026 10:47

İranın Ali rəhbəri Müctəba Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı mesaj xüsusi xarakter daşıyıb.

Gununesi.info xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya mediasına bildirib.

Cəlali qeyd edib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Moskvaya səfərinin əsas və ilkin məqsədi Müctəba Xameneinin mesajını Vladimir Putinə çatdırmaq olub.

Səfir əlavə edib ki, səfər İranla Rusiya arasında strateji münasibətlər və ən yüksək səviyyədə davamlı məsləhətləşmələr çərçivəsində qiymətləndirilməlidir.

Gununesi.info