Füzulidəki ağır qəzada ölənlərdən biri müəllimdir – FOTO

  • Müəllif: Orxan
  • 14 Noyabr 2026 11:53

Füzuli rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat üzə çıxıb. Qəza rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin sürdüyü “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Oxu.az-ın məlumatına görə, qəzada ölən, “Opel” markalı avtomobilin sürücüsü Seymur İsmayılov müəllim imiş. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışırdı.

Trend-in məlumatına görə, hadisə zamanı “Opel”in sürücüsü, 1987-ci il təvəllüdlü Seymur Pəhləvan oğlu İsmayılov, həmçinin avtomobildə olan sərnişinlər – 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə hadisə yerində ölüblər.

Qəza nəticəsində “VAZ-2104”ün sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Həsənqulu oğlu Mustafayev və onun 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarət alıblar.

Bundan başqa, “Opel”də olan 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə də müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info