Ukrayna ilə bağlı yeni danışıqların vaxtı açıqlanıb

  • Müəllif: Orxan
  • 13 Noyabr 2026 09:25

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı çoxtərəfli danışıqların növbəti raundu gələn həftə baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Küşner jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, cümə axşamı Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Küşnerlə görüşüb.

Küşner “Vesti” informasiya proqramının efirində görüşün nəticələrindən danışarkən bildirib:

“Düşünürəm ki, bütün mövzuları ətraflı müzakirə etdik. Hesab edirəm ki, bu müzakirələr gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Zelenski ilə aparacağımız söhbətə təsir göstərəcək”.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.

Məsləhətləşmələrin əsas mövzusu yeni kontinental təhlükəsizlik sisteminin formalaşdırılmasının başlıca aspektlərinin müzakirəsi olub. Ukrayna münaqişəsinin nizamlanması isə daha geniş gündəliyin yalnız bir hissəsini təşkil edib.

Danışıqlardan sonra Vaşinqtonun nümayəndələri Moskvaya yola düşüblər.

Gununsesi.info