Etibar Əliyevdən ironik fikirlər “İntellektual söhbətlər qıtlığı yaranıb? Qətiyyən elə deyil”

  • 12 Noyabr 2026 15:31

Təhsil eksperti, sabiq deputat Etibar Əliyev Azərbaycanda intellektual müzakirələrin səviyyəsi ilə bağlı ironik fikirlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, o, Şərurlu İsfəndiyarın Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşünə diqqət çəkib.

Etibar Əliyev İsfəndiyarın tələbələrə öz zəngin bioqrafiyasından danışmasını ironik şəkildə şərh edib.

Ekspert daha sonra bu ilin mart ayında Sumqayıtın icra başçısı Zakir Fərəcovun Rüfət Nasosnu ilə görüşünü xatırladıb.

Onun sözlərinə görə, həmin görüşdə Azərbaycanda elm və təhsilin mövcud vəziyyəti müzakirə olunmuşdu.

Etibar Əliyev paylaşımında yazıb:

“Bəs deyirdiniz ki, intellektual söhbətlər qıtlığı yaranıb? Qətiyyən elə deyil. Şərurlu İsfəndiyar Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşüb. Və özünün zəngin bioqrafiyasını tələbələrə danışıb. Bu ilin mart ayında isə Sumqayıtın İcra başçısı Zakir Fərəcov Rüfət Nasosnu ilə görüşüb Azərbaycanda elm və təhsilin mövcud durumu barədə müzakirə aparmışdı”.

Etibar Əliyevin fikirləri ölkədə elm və təhsil mühitində keçirilən görüşlərin məzmununa yönəlmiş ironik münasibət kimi diqqət çəkib.

Elmar

Gununsesi.info