Uşakov: Putin Trampın nümayəndələri ilə sabah görüşəcək

  • Müəllif: Firuzə
  • 11 Noyabr 2026 19:11

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə sabah günün birinci yarısında görüşəcək.

Gununesi.info  xəbər verir ki bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinin Uitkoff və Kuşnerlə görüşü həmişəki kimi, protokola uyğun olaraq keçiriləcək.

Qeyd edək ki, Uitkoff və Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra sabah Putinlə görüşmək üçün Moskvaya səfər edəcəklər. Onların Moskvadan sonra Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları planlaşdırılıb.

Gununesi.info