Rubio Əbu-Dabi danışıqlarını “çox məhsuldar” adlandırdı

  • Müəllif: Firuzə
  • 10 Noyabr 2026 19:39

ABŞ Dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən sülh danışıqlarını “çox məhsuldar” kimi qiymətləndirib.

Gununesi.info  xəbər verir ki, Rubio bunu danışıqların nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Vaşinqton davamlı nizamlanmaya nail olmaq üçün Avropa tərəfdaşlarının da zamanla bu üçtərəfli danışıqlara qoşulmalı olduğunu hesab edir.

Rubio qeyd edib ki, Avropa ölkələrinin prosesə cəlb olunması münaqişənin uzunmüddətli həlli baxımından əhəmiyyətlidir.

Gununesi.info