Tramp ABŞ-da seçkilərin nəticələrini şübhə altına aldı

  • Müəllif: Firuzə
  • 09 Noyabr 2026 19:54

ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib.

Gununesi.info  xəbər verir ki, ABŞ Prezidenti bu barədə sosial şəbəkədə paylaşımında bildirib.

“Doğrudanmı kimsə bu “seçkinin” dürüst keçirildiyinə inanır? Sorğuların nəticələri necə bu qədər yanlış ola bilərdi? Erkən səsvermə zamanı qeydə alınan bəzi “səs dalğaları” o qədər böyük idi ki, nə qədər insan səs verməyə getsə də, qalib gəlmək mümkün deyildi. Hər şey seçicidən daha vacib olan səsvermə maşınları ilə bağlıdır”, – deyə Donald Tramp bildirib.

Qeyd edək ki, noyabrın 4-də Konqresə aralıq seçkilər keçirilib.

Gununesi.info