Mübariz Mənsimovdan İlham Əliyevə Zəfər Günü təbriki - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Prezident İlham Əliyevi 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

 

Gununesi.info  xəbər verir ki, Mübariz Mənsimov təbrik məktubunda dövlət başçısını şəxsən öz adından və “Palmali” Şirkətlər Qrupunun çoxminli kollektivi adından təbriklərini çatdırıb.

 

O, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan xalqının milli qürurunun, birliyinin və sarsılmaz iradəsinin təntənəsi olduğunu vurğulayıb:

“Sizin qətiyyətli liderliyiniz və Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz iradə  Zəfərin mühüm amillərindən biridir”. 

 

Təbrik məktubunda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərə minnətdarlıq ifadə olunub.

 

İş adamı Prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Azərbaycan dövlətinin inkişafı və güclənməsi naminə fəaliyyətində uğurlar arzulayıb.

 

Mübariz Mənsimov təbrikini “Qarabağ Azərbaycandır!” sözləri ilə yekunlaşdırıb.

 

Onu da qey edək ki,  bu gün “Palmali”nin ofis binasının üzərində Azərbaycanın üçrəngli bayrağı da asılıb.

Gununesi.info