Şəkidə ağır qəza: ölən var

Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub.

Gununsesi.info xəbər verir ki, İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info