Gəncədə qətl hadisəsi törədilib.
Gununesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.
Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.
Polisin keçirdiyi tədbirlər nəticəsində 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.(Teleqraf)










