Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.
Gununsesi.info xəbər verir ki, icra başçısı Elxan Allahverdiyev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Ceyhun Seyidov İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun baş məsləhətçisi vəzifəsinə gətirilib.
İcra başçısının digər əmri ilə Bahadur Babayev qurmun inzibati işlər sektorunun aparıcı məsləhətçisi təyin edilib.











