Beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirildi - FOTO

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 12:22

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.

Gununesi.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.

DİN-in qeyd edilən əməliyyatla bağlı yaxın saatlarda geniş məlumat yayacağı gözlənilir.

KMBİ Ukrayna polisi ilə birgə əməliyyat keçirib, beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib - FOTO

Gununesi.info