Əmlak Xidməti Elçin Yusubovun razılığı olmadan heç kəslə müqavilə bağlamırmış - PROKURLUĞUN ARAŞDIRMALI OLDUĞU SUALLAR

  • Müəllif: admin
  • 28 Oktyabr 2026 11:33

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubovun vəzifədən azad edilməsindən sonra onun fəaliyyəti ilə bağlı bir sıra suallar meydana çıxıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti, dövlət əmlakının icarəyə verilməsi və müqavilələrin bağlanması zamanı hansı qaydaların tətbiq edildiyi diqqət mərkəzinə düşüb.

Mediada Elçin Yusubovun “vurulmasının” bir səbəbi kimi də bu məsələlırin həllində rüşvət və korrupsiya iddiaları göstərilir.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Elçin Yusubovun əvvəllər Əmlak Məsələləri Dövlət Xidmətində çalışdığı dövrdən tətbiq etdiyi  idarəçilik mexanizmləri Xankəndidə sahibkarlarla münasibətlərdə də davam etdirilib.

Xankəndidə fəaliyyət göstərən bəzi sahibkarların dövlət qurumları ilə icarə müqavilələrinin bağlanması zamanı imtina ilə üzləşib. Buna səbəb isə Elçin Yusubovun razılığının tələb olunması göstərilib.
Bildirilir ki, onun razılığı olmadığı halda İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Üzrə Dövlət Xidməti sahibkarlarla müvafiq icarə müqavilələrinin rəsmiləşdirilməsini həyata keçirmirmiş.

Xankəndi, Ağdərə və Xocalıda çalışmaq istəyən sahibkarın qarşısındakı maneə yalnız onun  Elçin Yusubovu “görməsindən” sonra aradan qalxırmış.

Hazırda Elçin Yusubovun Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıldığı deyilir.

Ona görə də prokurorluğun araşdırması üçün ortaya mühüm hüquqi suallar çıxır:

Dövlət əmlakının icarəyə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosedurlar hansı formada həyata keçirilib?
Müqavilələrin bağlanması səlahiyyəti olan qurumun qərarları hansı meyarlarla müəyyənləşdirilib? Xüsusi nümayəndənin razılığı hansı hüquqi əsasla tələb olunub?

Bu sualların cavablandırılması və məsuliyyətin müəyyən olunması həm sahibkarların hüquqlarının, həm də dövlət əmlakının idarə olunması qaydalarının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Gözləyək…

Gununsesi.info