Hər gün gəzmək orqanizmə necə təsir edir?

“Gündəlik yürüş etmək sağlamlığın qorunması baxımından faydalıdır. Gəzinti qan dövranını yaxşılaşdırmağa, ürək-damar sağlamlığını qorumağa və əzələləri möhkəmləndirməyə kömək edir”.

Bu fikirləri Gununesi.info  -ya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib:

“Hər gün piyada gəzmək bədəndə enerji sərfini artıraraq çəkinin nəzarətdə saxlanılmasına da dəstək olur. Bununla yanaşı, gündəlik yürüş həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər. Uzun müddət hərəkətsiz qalmaq əvəzinə gün ərzində müntəzəm gəzmək tövsiyə olunur”.

O qeyd edib ki, yürüşün müddəti və tempi insanın yaşına, sağlamlıq durumuna və fiziki imkanlarına uyğun seçilməlidir:

“Fiziki fəallığa yeni başlayanlar qısa məsafələrlə başlayaraq gəzinti müddətini tədricən artıra bilərlər. Əsas məqsəd gündəlik hərəkəti vərdişə çevirmək, sağlam qidalanma və yetərli yuxu ilə birlikdə davamlı həyat tərzi formalaşdırmaqdır”.

 

 

Firuzə

Gununesi.info