Zaur Rzayevin vəziyyəti kritik-ağırdır

  • Müəllif: Firuzə
  • 27 Oktyabr 2026 17:13

Xalq artisti Zaur Rzayevin son vəziyyəti məlum olub.

Gununesi.info  xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı Zaur Rzayevin vəziyyəti kritik-ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.

Gununesi.info