Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir.

Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır.

Gununsesi.info xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib.

“3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kart nömrəsi istəyib yoxa çıxmısınız, səbəb? Bəlkə mən burada ölürəm, o pul mənə təcili lazımdır. Hər müştəri ilə belə edirsiniz?

Bu aylıq limit nədir axı, hansı limiti keçmişəm? Günlük limiti anladıq, bu aylıq olan limitə bir açıqlama verin, zəhmət olmasa”.

Gununsesi.info