“Qanuni oğrular” arasında müharibə – Liderin qadağasını pozdular

  • Müəllif: Orxan
  • 26 Oktyabr 2026 11:11

Rusiyanın kriminal aləminin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) qadağasına baxmayaraq, Romada yeni “qanuni oğrular”ın taclandırılması olub. Bu hadisə Şakro Molodoyu hiddətləndirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Prime Crime” məlumat yayıb.

Agentliyin məlumatına görə, Romada keçirilən tacqoyma mərasimi Şakro Molodoyun hələ 2013-cü ildə İrəvanda keçirilən kriminal toplantıda qoyduğu qadağanı pozub. İllər ərzində bu qadağaya əməl olunub. Hətta Rusiyanın kriminal aləminin liderinin həbsdə olduğu dövrdə belə qadağa pozulmayıb.

Agentliyin məlumatına görə, Romadakı tacqoyma mərasimindən iki gün sonra Kalaşov Moskvada “qanuni oğrular”ı toplayaraq baş verənlərə kəskin etirazını bildirib.

Şakro Molodoya yaxın mənbənin sözlərinə görə, o, nəinki tacqoyma mərasiminə razılıq verib, hətta belə bir tədbirin keçirilməsi planları barədə məlumatlandırılmayıb. Mənbə bildirib ki, Şakro Molodoy baş verənləri şəxsinə təhqir kimi qəbul edib.

Mərasimdə iştirak edənlərin Şakronun ciddi qəzəbinə tuş gələcəyi vurğulanır.

Xatırladaq ki, daha əvvəl 8 kriminal avtoritetin “qanuni oğru” titulu aldığı barədə məlumat yayılmışdı. Romada keçirilən mərasimi Suxumi kriminal klanının tərəfdarları təşkil ediblər. Həmin klanın liderləri kriminal dairələrdə Taro kimi tanınan Tariel Oniani və Merab Canqveladze  hesab olunurlar.

Gununsesi.info