Zaqatala rayonunda silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.












