Türkiyədə mədəndə partlayış oldu - Ölənlər var

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2026 12:35

Zonquldakın Kilimli rayonunun Gelik qəsəbəsindəki özəl bir mədəndə metan qazı partlayışı baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində iki işçi ölüb, ikisinin vəziyyəti ağır olan beş işçi yaralanıb.