Yaponiyanın tanınmış yazıçısı Ryu Murakami 74 yaşında vəfat edib.
Gununsesi.info “Daily Sports” nəşrinə istinadən xəbər verir ki, yazıçı oktyabrın 17-də evində dünyasını dəyişib. Onun ölümü barədə məlumat oktyabrın 23-də açıqlanıb.
Yazıçının dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib.
1952-ci ildə Yaponiyanın Naqasaki prefekturasında doğulan Murakami 1976-cı ildə “Demək olar ki, şəffaf mavi” debüt romanı ilə nüfuzlu Akutaqava mükafatına layiq görülüb.
“Coin Locker Babies”, “69” və “In the Miso Soup” kimi əsərlərin müəllifi olan yazıçı, həmçinin kinorejissor, ssenarist və televiziya aparıcısı kimi fəaliyyət göstərib.











