Pezeşkian: Dialoq üçün təhdid və sanksiyalar aradan qaldırılmalıdır

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 20:55

Dialoq üçün zəmin yaradılması məqsədilə təhdidlər və sanksiyalar praktiki olaraq aradan qaldırılmalıdır.

Gununsesi.info  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

O qeyd edib ki, hər gün sanksiya və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda dialoqdan danışmaq olmaz.

“Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”, – Pezeşkian əlavə edib.

Gununsesi.info