Sabah Azərbaycanda hava necə olacaq?
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info -ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.











