Azərbaycan neftinin qiyməti bahalaşıb

  • Müəllif: Orxan
  • 21 Oktyabr 2026 10:15

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 dollar və ya 0,97% artaraq 119,68 ABŞ dolları olub.

Azərbaycan neftinin dünənə olan qiyməti 118,53 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info