Ermənistanın müqaviləli hərbi qulluqçusu Sergey Ovanisyan atasının “Güclü Ermənistan” partiyasına qoşulması səbəbindən işdən azad edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan yerli KİV-ə bildirib.
O deyib ki, insanlar siyasi baxışlarına görə müxtəlif müəssisələrdə təzyiqlərə məruz qaldıqlarını bildirirlər.
“Çağırışçıların hərbi qeydiyyat şöbələrində və dövlət qurumlarında elə hallar olur ki, rəhbərlər əməkdaşlarını istefa ərizəsi yazmağa məcbur edirlər. Buna səbəb həmin şəxslərin “Vətəndaş müqaviləsi” partiyasını seçməməsidir.
Bu, çox kədərli reallıqdır. Mövcud hakimiyyət icmalarımızda və yaşayış məntəqələrimizdə yaranmış vəziyyətə nəzarət edə bilmir”, – deyə Andranik Gevorgyan vurğulayıb.











