Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsselə işgüzar səfəri çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin “X” hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan–NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Tərəflər tərəfdaşlığı dərinləşdirmək, siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.













