Bu rayonlarda qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2026 19:58

Azərbaycanın iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan etibarən Daşkəsən və Ağstafa rayonlarının bəzi ərazilərinə qazın verilişi işlər başa çatanadək dayandırılacaq.

Gununsesi.info