İqtisadçı və siyasətçi Natiq Cəfərli beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan informasiya kampaniyası, insan hüquqları və dövlət maraqları ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı Vətəni sevən hər bir vətəndaşı narahat edir.
Cəfərli məsələ ilə bağlı mövqeyini dəfələrlə həm yerli, həm də xarici mətbuatda, eləcə də fərdi görüşlərdə ifadə etdiyini qeyd edib.
Siyasətçinin sözlərinə görə, məsələnin həlli insan hüquqları ilə dövlət maraqlarının uzlaşdırılmasından keçir.
Natiq Cəfərli həmkarlarını və siyasi cameəni məsələyə məhz bu prizmadan yanaşmağa çağırıb.
O vurğulayıb ki, radikalizmin güclənməsi ilk növbədə sekulyar düşüncəli insanların hədəfə çevrilməsinə səbəb ola bilər.
“Bütün məsələləri dövlət ağlı ilə çözməyə qadirik, kənardan təsir cəhdləri mənasız və ziyanlıdır”, – deyə o bildirib.
Cəfərli qərəzli təxribatlardan uzaq durmağın vacibliyini vurğulayaraq, dövlətin atdığı və hüquq naminə atacağı addımların sonda xalqın mənafeyinə xidmət edəcəyinə inandığını qeyd edib.
Onun fikrincə, əsas hədəf ölkədə rifah səviyyəsinin yüksəldilməsi olmalıdır.
“Radikalizmin istənilən forması mənim üçün qəbuledilməzdir!” – deyə Natiq Cəfərli fikirlərini yekunlaşdırıb.
Elmar
Gununsesi.info












