Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya səyahət barədə xəbərdarlıq edib.
Bu barədə Gununsesi.info -ya Xarici İşlər Nazirliyindən bildirilib.
Xarici İşlər Nazirliyi Fransada iğtişaşlar, zorakılıq və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşlarına zəruri olmadığı təqdirdə, Fransa Respublikasına səfərdən çəkinmələrini, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edib.
“Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur”, – Xarici İşlər Nazirliyindən bildirilib.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
ÜNVAN: 78, avenue d’Iéna Paris 75116
E-poçt ünvanı
office_paris@mission.mfa.gov.az
consul_paris@mission.mfa.gov.az
Əlaqə nömrəsi
+33 (0) 1 44 18 60 20
+33 (0) 1 44 18 60 23
Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)












