Neftçalada traktor velosipedçini vurub.
Gununsesi.info-nun məlumatına görə, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.
Həsənov Fərhad Kamil oğlunun idarə etdiyi traktorla 13 yaşlı velosipedçi Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.











