Azərbaycanda 1000-dən çox Hindistan şirkəti fəaliyyət göstərir

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2026 13:37

Azərbaycanda 1000-dən artıq Hindistan şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün bu işlərin davamı üçün iki ölkənin biznes strukturlarının bir araya gətirilməsi barədə razılıq əldə edilib.

“Hindistan tibb, əczaçılıq sahəsində dünyada aparıcı istehsalçılar sırasındadır. Ölkəmizin bazarlarında da bu geniş təmsil olunur. Enerji, əczaçılıq, rəqəmsal xidmətlər, mədənçilik və digər sahələrdə əməkdaşlıq potensialı yüksəkdir”, – Ceyhun Bayramov vurğulayıb.

Gununsesi.info