Azərbaycan-Hindistan arasında birbaşa uçuşların sayı artırıla bilər

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2026 13:26

Ölkələrimiz arasında birbaşa uçuşların həyata keçirilməsi mühüm məqamdır.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, buna çox böyük maraq var, aviareyslərin sayının artırılması barədə aidiyyəti qurumlar arasında danışıqlar aparılacaq.

Ceyhun Bayramovun sözlərinə görə, bu ildən etibarən Hindistandan 500 tələbə Azərbaycanda təhsil alacaq.

“Humanitar sahədə də önəmli istiqamətlərdə əməkdaşlıq var. Son illər ərzində 30-dan artıq hind filmi Azərbaycanda çəkilib”, – nazir vurğulayıb.

Gununsesi.info