Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunacaq.

Gununesi.info  Oxu.Az-a istinadla xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.
Ramiz Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakların siyahısını təqdim edirik:
1. Torpaq sahələri və üzüm bağları:
– Novxanıda üzüm bağları;
– Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;
– Novxanıda 155 hektar torpaq sahəsi;
– Xınalıq kəndində 50 hektar torpaq sahəsi.
2. Ailə üzvlərinin adına olan torpaqlar:
– Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;
– Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.
3. Şirkətlər və media fəaliyyəti:
– “Digital Media” MMC – 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.
4. Daşınmaz əmlak və kommersiya obyektləri:
– İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır;
– Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;
– “Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri (MTK);
– NLT MMC və “Premium Store” MMC.
5. Digər şirkətlər və ticarət mərkəzləri:
– NLT;
– “Servis”;
– “Grand Palace”;
– “Astoriya”;
– “Astoriya Tibb Mərkəzi” MMC – 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir;
– “Qrandezza Ticarət Mərkəzi” MMC – 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;
– “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar.
6. Bank və investisiya şirkətləri:
– “BTB” ASC – nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;
– “BTB Lizinq” ASC;
– “BTB Kapital İnvestisiya Şirkəti” ASC.
7. Nəşriyyat və yaşayış binaları:
– “Şərq-Qərb Nəşriyyat Evi” MMC;
– “Qlobal East West” MMC;
– Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.
8. Villalar və bağ evləri:
– Bakıda Tiflis prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa – satış qiyməti 8 milyon dollar;
– Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.