Azərbaycanda ümumilikdə 10 nəfər cüzamlı xəstə var.
Bu barədə Gununsesi info-nun sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edək ki, cüzam infeksion xəstəlikdir. Müalicəsi olsa da, fəsadsız keçmir. Yoluxma selikli qişa vasitəsilə hava-damcı üsulu ilə baş verir, ya da dərinin tamlığı pozulmuş hissəsindən xəstəliyin törədicisi orqanizmə daxil ola bilər. Bu xəstəlik təkcə dərini deyil, sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq-hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır. İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur.
Xatırladaq ki, Azərbaycanda yeganə Respublika Leproz (Cüzəm) Xəstəxanası Bakının Qaradağ rayonu ərazisində Umbakı qəsəbəsinin yaxınlığında yerləşir.












