Hikmət Hacıyev Aİ nümayəndəsi ilə görüşüb - FOTO

  • Müəllif: Firuzə
  • 16 Noyabr 2026 23:20

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Gununesi.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, görüş zamanı Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı, əməkdaşlığın inkişaf edən gündəliyi, eləcə də əsas regional və beynəlxalq proseslər müzakirə olunub.

Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, həmçinin regional sabitlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev Maqdalena Qrono ilə görüşdən məmnunluğunu ifadə edib.

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan–Aİ tərəfdaşlığını müzakirə edib

Gununesi.info