ABŞ Prezidenti Donald Tramp Meksikanın ABŞ-a istiqamətlənən miqrant axınının qarşısını almaması halında bu ölkənin məhsullarına gömrük rüsumlarının artırılacağını bildirib.
Gununesi.info xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Filippin və Çinə səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Meksika hakimiyyəti miqrantların ABŞ sərhədinə doğru hərəkətini dayandıracağına söz verib.
“Onlar buraya buraxılmayacaqlar və Meksika onları dayandıracaq. Meksika tərəfi bunu edəcəyini bildirib. Əgər dayandırmasalar, Meksikaya qarşı sərt gömrük rüsumları tətbiq edəcəyik”, – Tramp vurğulayıb.
ABŞ Prezidenti mümkün rüsumların konkret məbləği və qüvvəyə minəcəyi tarix barədə məlumat verməyib.












