Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

  • Müəllif: Orxan
  • 16 Noyabr 2026 11:07

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Gununsesi.info xəbər verir ki, iclasın gündəliyinə 2027-ci il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi də daxildir.

İclasda gələn ilin büdcə sənədləri ilə bağlı təqdimatlar dinləniləcək, deputatlar layihələrə dair fikir və təkliflərini səsləndirəcəklər.

Bu gün başlayan büdcə müzakirələri üç gün davam edəcək. Milli Məclis noyabrın 17-də və 18-də də büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edəcək.

İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, və hökumət üzvləri iştirak edirlər.

Gununsesi.info