Bir sıra məhsulların idxalına gömrük rüsumları artırılır

  • Müəllif: Firuzə
  • 13 Noyabr 2026 18:59

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 2030-cu ilin sonunadək idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15%, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15%-i), siqar, siqaret və siqarillalar üçün 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla (hazırda 1000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün 15% (hazırda 0 və ya 5%) təyin olunur.

Gununsesi.info