Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Gununsesi.info xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Gununsesi.info









