İqtisadçı Natiq Cəfərli “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq ətrafında yaranan qalmaqalın Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinə mümkün təsirlərindən yazıb.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli bildirib ki, son günlər dünya gündəmində müzakirə olunan hadisələr fonunda “Nvidia” şirkətinin səhmlərinin təxminən 18-20 faiz ucuzlaşması ARDNF-yə ciddi maliyyə itkisi yaşada bilər.
Onun sözlərinə görə, Azərbaycan Neft Fondunun texnoloji şirkətlər üzrə investisiya portfelində “Nvidia” ilk sırada yer alır. Bu ilin ilk yarısında Fondun həmin şirkətdəki səhmlərinin dəyəri 817 milyon dollar təşkil edib.
İqtisadçı qeyd edib ki, səhmlərin 18-20 faiz ucuzlaşması Fondun təxminən 150-160 milyon dollar həcmində potensial zərərlə üzləşməsi deməkdir.
Natiq Cəfərli məsələyə ironik münasibət bildirərək, yaranmış vəziyyətin Azərbaycanda vergi, rüsum və cərimələrin artırıldığı bir dövrə təsadüf etməsinə diqqət çəkib.
O, bu itkilərin əvəzinin yeni vergi və rüsum artımları hesabına ödənilməsindən narahatlığını ifadə edib.
Elmar
Gununsesi.info












