Sabah 20 dərəcə isti olacaq

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz cənub-qərb küləyi arabir güclənəcək.

Temperatur gecə 8-11, gündüz 15-20 dərəcə isti olacaq.

Bölgələrdə də əsasən yağmursuz hava gözlənilir. Bəzi yerlərdə duman olacaq. Gecə 1-6, gündüz 14-19 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.