Hər üç işçidən yalnız biri əmək müqaviləsi ilə çalışır

  • Müəllif: Firuzə
  • 11 Noyabr 2026 11:51

“Məşğul əhalinin 35 faizi əmək müqaviləsi ilə çalışır”.

Gununesi.info  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan fəaliyyət göstərir.

Deputat qeyd edib ki, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi baxımından qanun layihəsində nəzərdə tutulan dəyişikliklər çox vacibdir.

Onun sözlərinə görə, qeydiyyatda olan məşğul əhalinin sayı 5 milyon 105 min nəfər təşkil edir. Lakin əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı 1 milyon 776 min nəfərdir. Bu isə məşğul əhalinin cəmi 35 faizinin əmək müqaviləsi ilə çalışdığını göstərir:

“Bu dəyişiklik əmək müqaviləsi ilə çalışmaq istəyən vətəndaşlar üçün də yeni imkanlar yarada bilər.

Əmək müqaviləsi ilə çalışmaq yalnız dövlət büdcəsi və vergi baxımından deyil, eyni zamanda əmək hüquqlarının qorunması və pensiya təminatı baxımından da vacibdir”.

Gununesi.info