Ermənistanın keçmiş prezidenti əməliyyat olunub

  • Müəllif: Orxan
  • 10 Noyabr 2026 12:57

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan məlumat verib.

Musinyanın sözlərinə görə, Ter-Petrosyan noyabrın 10-da “Best Life” tibb mərkəzindən evə buraxılıb.

Keçmiş prezidentin hansı əməliyyatı keçirdiyi və hazırkı səhhəti barədə əlavə məlumat açıqlanmayıb.

Gununsesi.info