Nəriman yenə ehtiyatda qaldı

  • Müəllif: Orxan
  • 09 Noyabr 2026 09:25

Türkiyə Superliqasında 11-ci turun oyunları keçirilir. 

Gununsesi.info xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Erzurumspor” səfərdə “Rizespor”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

8 noyabr

“Rizespor” – “Erzurumspor” – 2:1
Qollar:
Əli Souve, 31, 66 – İbrahim Diabate, 37

Nəriman Axundzadə bu görüşdə də meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd dək ki, bu məğlubiyyətdən sonra xallarını 14-də saxlayan “Erzurumspor” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Gununsesi.info