Zaur və Günaydan Zəfər Günü çağırışı

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər Zəfər Günü ilə bağlı çağırış ediblər.

Gununsesi.info xəbər verir ki, onlar sosial şəbəkə hesablarında paylaşdıqları müraciətdə hər kəsi Azərbaycanın Zəfər Gününü dünyaya çatdırmağa çağırıblar.

Teleaparıcılar 8 Noyabrda paylaşımların ekranda göstərilən həştəqlərlə edilməsini istəyiblər.

“Əziz dostlar, gəlin Azərbaycanın şanlı zəfərini bütün dünyaya çatdıraq, qoy səsimiz hər yerdən eşidilsin. Bunun üçün 8 Noyabr – Zəfər Günü paylaşımlarımızı ekranda gördüyümüz həştəqlərlə edək”, – deyə onlar bildiriblər.

 

Gununsesi.info