ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini tənqid edib.
Gununesi.info xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, seçkilərin nəticələri ABŞ üçün tarixi baxımdan böyük geriləmədir. Prezidentin sözlərinə görə, onun hakimiyyəti dövründə sürətlə yüksələn fond bazarı cəmi bir gün ərzində 3 trilyon dollar dəyər itirib.
“Seçkilərin nəticələri Amerika üçün tarixdə böyük bir geriyə addım oldu. Trampın dövründə raket kimi yüksələn fond bazarı bir gün ərzində 3 trilyon dollar itirdi. Amma narahat olmayın, biz əvvəlkindən daha böyük və güclü şəkildə geri qayıdacağıq”, – deyə Tramp yazıb.
Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçkilərdə Senatın təxminən üçdə biri, Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçilib.
Seçkilərin nəticələrinə əsasən, Konqresin 120-ci çağırışında həm Senatda, həm də Nümayəndələr Palatasında demokratların çoxluğu əldə edəcəyi gözlənilir. Yeni çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.










