Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

  • Müəllif: Orxan
  • 09 Noyabr 2026 11:54

Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Gununsesi.info Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.

Gununsesi.info